Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

“Jurnalistləri buraxmayın”

İlham Mirzəyev məhkəmədə qəzəbləndi: “Jurnalistləri buraxmayın”

Nərimanov Rayon Məhkəməsində “Space” telekanalının “Etiraf” verilişinin aparıcısı, dələduzluğa görə həbs edilən İlham Mirzəyevin işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Bu gün hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənlər Aynur Əhmədova, Zülfiyyə Əhmədova və Rəşad Daşdəmirov iştirak ediblər.

Hakim İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramov və İkram Abdullayev müdafiə etdiyini elan edib. İlham Mirzəyevin vəkili İkram Abdullayev onunla yeni müqavilə bağlandığını əsas gətirərək istintaq materialları ilə yaxından tanış olmadığını hakimin diqqətinə çatdırıb və məhkəmənin təxirə salınmasını istəyib. İ.Mirzəyev isə xəstə olduğunu, ona çoxlu iynələrin vurulduğunu bildirib və məhkəmənin təxirə salınmasını istəməyib. Lakin hakim vəkilin vəsatətini təmin edərək prosesi təxirə salıb. İ.Mirzəyev prosesin jurnalistlərin iştirakı olmadan keçirilməsini istəyib: “Jurnalistlərin məhkəməyə buraxılmasını istəmirəm. Gəlib nə gəldi yazırlar. Mən prezidentimə, dövlətimə və sizə güvənirəm. 5 aydır yazılanlara cavab vermirəm. Və jurnalistlərin bundan sonra məhkəməyə gəlməsini istəmirəm”.

Hakim məhkəmə iclasının başa çatdığını və onun bu təklifinin növbəti məhkəmə prosesində vəsatət kimi müzakirə ediləcəyini bildirdi. Məhkəmə sentyabrın 16-na kimi təxirə salındı.
840 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı