Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

Öldürülən ABŞ jurnalisti Mossad casusu imiş

İŞİD-in edam etdiyi amerikalı jurnalist Steven Sotlofun Mossadla əlaqəli bir tədris təşkilatında təhsil aldığı ortaya çıxıb.

ABŞ-ın “İslam Dövləti”nə qarşı başlatdığı aviazərbələri dayandırmaması mövzusu gündəmdə olduğu bir vaxtda “İslam Dövləti” (İŞİD) tərəfindən edam edilən əslən amerikalı İsrail vətəndaşı Steven Sotlofun sadəcə yəhudi olmadığı, İsraildə Mossada yaxınlığı ilə seçilən bir qurumla əlaqədə olduğu bildirilib.

Steven Sotlofun Yəməndə ərəbcəni öyrənməyə getməzdən əvvəl Tel-Əvivdə Mossadla əlaqəli Beynəlxalq Terrorla Mübarizə İnstitutunun ən məşhur araşdırma mərkəzlərindən birində təhsil aldığı açıqlanıb.

Ekspertlər öldürülən jurnalistin “İslam Dövləti”nin üst səviyyədə olan liderləri haqqında məlumat yığmaq məqsədilə Mossad tərəfindən xüsusi olaraq vəzifələndirilmiş ola biləcəyini vurğulayıb.

/axar/
1142 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.18, 08:56
ABŞ-da növbəti atışma
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP