Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Venesiya və London su altında qala bilər

“National Geographic” jurnalının əməkdaşları Yerin temperaturunun artması nəticəsində buzlaqların əriməsinin yaradacağı nəticələr barədə düşünüblər. Onlar bütün mümkün nəticələri nəzərə alaraq interaktiv xəritə yaradıblar. Xəritədə hər bir qitə üçün hadisələrin inkişafı açıq göstərilir.

Alimlərin fikrincə, əgər buzlaqlar tam ərisə Yerdə dəniz səviyyəsi 65 metr qalxar. Nəticədə, planetdə orta temperatur 14 dərəcədən 26 dərəcəyə qədər yüksələr.

Şimali Amerikada ABŞ-ın Atlantik okean sahilləri, Florida və Meksika körfəzi sahilləri su altında qala bilər. Yəni Kaliforniyanın böyük bölümü okeana qovuşacaq. Latın Amerikasında Buenos-Ayresi, həmçinin Uruqvay və Paraqvayı su basa bilər. Afrika demək olar ki, olduğu kimi qalacaq. Amma qədim şəhərlər İskəndəriyyə və Qahirə bataqlığa çevrilə bilər.

Avropanın da çox sayda görməli yeri - London və Venesiya yoxa çıxacaq. Niderland və Danimarkanın böyük hissəsi su altında qalar. Asiyada bu gün 600 min çinlinin yaşadığı ərazi, o cümlədən Banqladeş və Hindistanın sahil rayonları su altda qalacaq.

Avstraliyanın mərkəzində isə böyük bir dəniz yaranacaq. Hazırda ölkə əhalisinin 80% -nin yaşadığı geniş ərazilər də suya qər ola bilər. Antarktida isə tanınmaz hala gələcək.

Amma “National Geographic” bildirir ki, hələ ki qorxmağa dəyməz. Alimlərin fikrincə, buzların tam əriməsi üçün 5 min il lazım gələcək. /ans/
2023 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu