Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

Azərbaycanın Təbrizdəki baş konsulu İranın Qərbi Azərbaycan valisi ilə görüşüb

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə İran İslam Respublikasının Qərbi Azərbaycan valisi Qurbanəli Səadət ilə görüşüb.
Urmiyada keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişlənməsi barədə fikir mübadiləsi aparılıb.
Q.Səadət bildirib ki, Qərbi Azərbaycan Vilayəti Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ilə münasibətlərin davamlılığını və dərinləşməsini müsbət qarşılayır.
Vali Poldəşt sərhəd-keçid məntəqəsində infrastrukturun təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq deyib ki, hazırda bu sərhəd-keçid məntəqəsində müvafiq işlər aparılır və ticarət əlaqələrinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər görüləcək.
Əli Əlizadə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və əlaqələrin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi işlərə görə Qərbi Azərbaycan valisinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, İranın və Azərbaycanın məsul şəxsləri əhalinin istəyini nəzərə alaraq əlaqələrin möhkəmlənməsi və inkişafı istiqamətində çalışacaqlar.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
995 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber