Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

Moskvada bazar sahibi öldürüldü

Moskvada bazarlardan birinin sahibi bu gecə saat 00.30 radələrində qətlə yetirilib. Bu barədə “LifeNews” məlumat yayıb. Məlumata əsasən, naməlum şəxs qəfil sahibkara doğru qaçaraq avtomat silahdan onun baş nahiyəsindən atəş açıb, sonra isə dərhal hadisə yerindən uzaqlaşıb.

Qətlin təsadüfi şahidi hadisə yerinə təcili polis çağırıb.

Qeyd edək ki, qətl anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Öldürülən şəxsin boş küçə ilə irəlilədiyi əks olunub. Sahibkar döngəyə döndükdə naməlum şəxs qaçaraq ona yaxınlaşıb atəş açır və dərhal hadisə yerindən uzaqlaşıb.

Öldürülən şəxsin Moskvada yerləşən “Fruktoviy ray” (“Meyvəli cənnət”) ticarət kompleksinin sahibi olduğu məlum olub.
863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17<