Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

Almaniyada kimyəvi zavodda güclü partlayış olub

Almaniyanın Bremen şəhərində yerləşən iri kimyəvi zavodun ərazisində güclü partlayış baş verib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Partlayış nəticəsində zavod binasının uçduğu bildirilir. Məlumata görə, partlayış baş verən an şirkət əməkdaşlarından ərazidə heç kim olmayıb.

Nəşr qeyd edir ki, partlayış nəticəsində yaxınlıqdakı binalara ziyan dəyib. Şəhər sakinlərinə evlərini tərk etməməyə və qapı-pəncərələri bağlamağa tövsiyə olunub.

Hadisə yerində 300-dək yanğınsöndürən və 60 polis əməkdaşının çalışdığı bildirilir.

İnsident nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur. Partlayışın səbəbləri də hələlik məlum deyil. Partlayışdan əvvəl zavodda həyəcan təbilinin çalındığı bildirilir./apa/
1188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)