Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

“Ebola” virusundan ölənlərin sayı 2296 nəfərə çatıb

“Ebola” virusundan ölənlərin sayı 2296 nəfərə çatıb. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunub.

Məlumatda, virusun sürətlə yayılmasını nəzərə alaraq, qurbanların real sayının, əsasən də Liberiyada, daha çox olduğu bildirilir.

Qeyd edək ki, Syerra-Leonedə virusun sürətlə yayılması səbəbindən sakinlərə evlərini tərk etməyə qadağa qoyulub. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çen “Ebola” xəstəliyini yalnız 6-9 aydan sonra nəzarətə almaq mümkün olacağını bəyan edib.
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi