Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

“Le Monde” Leyla Yunusun həyatına təhlükədən yazdı

“Əliyev rejimi neftə güvənərək, özünə cəzasızlıq təminatı yarada bildiyini hesab edir”

Avropanın ən populyar nəşrlərindən olan “Le Monde” qəzeti Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunusun həbsi və hətta həbsxanada da rahat buraxılmaması haqda yazıb. Yazının tərcüməsini “azerbaycansaatı.com”a istinadla təqdim edirik:
***
Leyla Yunus haqlı idi. Mayın 12-də Bakıdakı Fransa səfirliyində o, kövrək bir səslə “Məni hər zaman həbs edə bilərlər” demişdi. Baxmayaraq ki, Fransa presidenti onu Bakıda qəbul edən ilk dövlət başçısı idi.
Bir neçə həftə sonra onun intuisiyaları gerçəkləşdi. Azərbaycanı 20 ildən artıqdır idarə edən Əliyevlər klanı opponentlərinə qarşı kütləvi həbslərə başladı. Bu əski Sovet respublikasının ən tanınmış dissidentlərindən olan 59 yaşlı Leyla Yunus da iyul ayının 30-da Azərbaycanın qatı düşməni olan Ermənistanın xeyrinə “casusluq” və “dövlətə xəyanət” ittihamları ilə həbs edildi.
Avqustun əvvəllərində isə onun həyat yoldaşı Arif Yunus da həbsxanada olan Leylaya sovqat aparan zaman həbs edildi.
Fransa bu həbslərə etiraz edərək onların dərhal azadlığa buraxılmasına çağırdı, eyni zamanda vəkillə görüşmələrinə əngəllər yaradılmamasını istədi.
Leyla Yunus 2013-cü ildə Sülh və Demokratiya İnstitutunun (1995-ci ildə yaradılıb) fəaliyyəti çərçivəsində insan hüquqlarının ardıcıl müdafiəsinə görə Fəxri Legion Ordeni ilə təltif edilib.
May ayından etibarən Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən Azərbaycana bu çağırışlar təsir etmədi. Daha pisi budur ki, Leyla Yunusun həbsxanadan dünya ictimaiyyətinə səsləndiyi kimi, sentyabr ayından ona hətta həbsxanada da təzyiqlər etməyə başladılar. Onunla eyni kamerada olan və bir neçə dəfə həbs edilmiş başqa bir məhbus ona hücum edərək sinəsinə xəsarət yetirdi. Amma buna baxmayaraq, həbsxana rəhbərliyi onun kamerasını dəyişməkdəm imtina etməkdədir, üstəlik, ona dərmanların çatdırılmasına da şərait yaratmamağa başlayıblar.
Sentyabrın 7-də isə Leyla Yunus “həbsxana qaydalarını pozduğuna” görə cəzalandırılıb. Sovet zamanında olduğu kimi, ona etiraflar yazdırmaq istəyiblər, o isə bundan imtina edib.
Yaxınları və vəkili Fariz Namazlı hesab edirlər ki, hakimiyyət bu tədbirlərlə onun onsuz da zəif olan sağlamlığını daha da pisləşdirmək istəyir.
Leyla Yunusun və bu yay aylarında həbs edilmiş başqa müxalifətçilərin həbsləri göstərir ki, İlham Əliyevin rejimi Qərblə neft sövdələşmələrinə güvənərək, özünə cəzasızlığın təminatlarını yarada bildiyini hesab edir. Avropa Rusiya neftindən asılılıqdan azad olmaq üçün Azərbaycana əsas partnyorlarından biri olaraq baxır.
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31