Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

“Siyasi Məhbuslarsız Azərbaycan” repressiyaları pisləyir

“Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansı son günlər ölkədə baş verən repressiyalar, qanunsuz həbslər, həbsxanada olan siyasi məhbusların saxlanma şəraiti, onlara qarşı təzyiqlərlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, hakimiyyət ictimai siyasi fəallara qarşı təzyiqləri təkcə nisbi azadlıqda olan insanlara qarşı deyil, azadlığı məhdudlaşdırılmış, həbs etdiyi siyasi məhbuslara qarşı dəmir barmaqlılar arasında da davam etdirir.

Alyans jurnalist Seymur Həzinin həbsini, hüquq müdafiəçisi Intiqam Əliyevin vəkilləri ilə sərbəst və konfidensial ünsiyyət saxlamağında problemlərin yaradılmasını, hüquq müdafiəçisi Leyla Yunusa qarşı hakimiyyətin psixoloji təzyiqləri davam etdirdiyini xatırladıb. Eyni zamanda ona qarşı dəfələrlə cinayət törətmiş bəzi dustaqlar vasitəsi ilə təzyiq etmək, vaxtaşırı dərman və diabet xəstəsi üçün lazım olan digər yeməklərlə təmin olunmasına süni maneçiliyin yaradılığı qeyd edilib.

Bəyanatda bir neçə gün öncə daha bir jurnalistin, “Kanal 13" Internet televiziyasının əməkdaşı, Klassik Xalq Cəbhəsi Partiyasının Tovuz rayon şöbəsindən Ali Məclisin üzvü Vüqar Ismayılovun CM-in 221.3- cü maddəsi ilə təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum edildiyi əksini tapıb.

Sənəddə qeyd olunur ki, Müsavat Partiyası sədrinin müşaviri, “vicdan məhbusu”ÿYadigar Sadıqovunÿ qəzetləri oxumasına imkan verilmir.

Sentyabrın 4-də məhkəməsi keçirilən gənc siyasi fəalÿ Orxan Əyyubzadənin yaxınlarının verdiyi məlumata görə o,ÿməhkəmə zamanı çəkilən şəkillərinə görə təcridxana rəhbərliyi tərəfindən 15 günlük təkadamlıq kameraya (“karsa”) salınmaqla cəzalandırılıb.

“Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansı hakimiyyəti vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları durdurmağa, qanunsuz həbsdə olan bütün siyasi məhbusları qeyd- şərtsiz azad etməyə çağırır. /Turan/
915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18