Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

ABŞ-da daşqın həyatı iflic etdi

Amerika Birləşmiş Ştatlarının cənub-qərbində «Norbert» tropik qasırğasının səbəb olduğu daşqın geniş miqyas alır. Qasırğanı müşayiət edən leysan yağışdan sonra mövsümi yağışların da başlaması vəziyyəti daha da gərginləşdirib.

Daşqın nəticəsində 2 nəfərin öldüyü Arizona ştatından sonra Nevada ştatında da daşqın baş verib. Bu ştatlarda xeyli evi su basıb, xeyli sayda avtomobil yollarda qalıb. Elektrik enerjisi naqillərinə ziyan dəyib, 10 mindən çox ev işıqsız qalıb.

Yerli sakinlər qasırğa və daşqının vurduğu ziyanı özləri hesablamağa çalışırlar. Ən çox ziyan Arizona ştatının Feniks şəhərinə dəyib. Arizona ştatının qubernatoru ştatda fövqəladə vəziyyət elan edib.
881 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...