Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

"Dazbaşlar" bizə divan tuturlar

Rusiyadan qayıdan azərbaycanlılar: "Dazbaşlar" bizə divan tuturlar

Qonşu Rusiyada baş verən məlum olaylardan sonra orada yaşayıb işləyən Azərbaycan vətəndaşları geri qayıtmaqda davam edirlər.

APA TV-nin cənub bürosunun əməkdaşları Lənkəran Beynəlxalq Hava Limanında Moskva-Lənkəran reysi ilə vətənə qayıtmış soydaşlarımızla görüşüblər. Onların söylədikləri demək olar ki, üst-üstə düşür: "Ruslar miqrantlara qarşı divan tutur, vurur, döyür, təhqir edirlər".

Moskvada miqrantların tək gəzməsi də müşkülə çevrilib. Bu, hətta onların həyatı bahasına başa gələ bilər. Bəzən onlarla "dazbaş" bir nəfəri ya öldürür, yada ölümcül hala salır. "Dazbaş"ları isə etdikləri cinayətə görə nə saxlayan, nə də məsuliyyətə cəlb edən var.
Azərbaycanlı miqrantların əsas problemlərindən biri də Moskvadan qayıdarkən hava limanındaca xəbərdar edilmədən deportasiya olunmalarıdır. Rusiyadan, Azərbyacana uçan bütün aviareyslərdə deportasiya olunanlara rast gəlmək olur.

Artıq xəbərsiz deportasiya prosesi adi hal aldığından Azərbaycan vətəndaşlarının əksəriyyəti evlərinə dönməkdən imtina edərək, gözləməyə üstünlük verir.

Lənkəran Beynəlxalq Hava Limanından verilən məlumata görə, cənub bölgəsindən Rusiyaya gedənlərin sayında kəskin azalma müşahidə olunduğu halda, Rusiyadan vətənə dönənlərin sayı çoxalıb.

Azərbaycanlı Orxan Zeynalovun Rusiya vətəndaşı İqor Şerbakovu qətlə yetirdiyini əllərində əsas tutan skinhedlər qeyri-ruslara qarşı hücum və təqiblərini artırıblar.
2160 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber