Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

Konqresmen: “ABŞ dünyanı qorumaq iqtidarında deyil”

“Biz borclu ölkəyik. Biz dövlət borclarımızı kəllə-çarxa qaldırmadan hesablarımızı ödəyə bilmirik”.

RİA Novosti xəbər verir ki, bunu Şimali Karolinadan olan respublikaçı konqresmen Uolter Cons Obamanın “İslam dövləti” döyüşçüləri ilə mübarizə üçün beynəlxalq koalisiyanın yaradılması üzrə planını şərh edərkən deyib.

Uolter Cons ABŞ-ın dünyada sülhü qorumaq və müdafiə etmək iqtidarında olmadığını, xüsusilə də “İslam dövləti” qruplaşmaları ilə mübarizədə müttəfiqlərə ehtiyacı olduğunu bildirib.

“Mən istərdim ki, müttəfiqlər, mühüm deyil, onlar istər Avropadan, istərsə də Yaxın Şərqdən ola bilərlər ABŞ-ın yerinə işi öz əllərinə alsınlar. Biz borclu ölkəyik. Biz dövlət borclarımızı kəllə-çarxa qaldırmadan hesablarımızı ödəyə bilmirik, odur ki, pulu başqa ölkələrdən ala bilərik. Mən istərdim ki, bombaları varlı dövlətlər atsınlar. ABŞ dünya nizamını qorumaq iqtidarında deyil”.

Xatırladaq ki, ABŞ Prezidenti Barak Obama NATO-ya üzv dövlətlərin Uels sammitində Suriyanın şimalında və İraqda geniş əraziləri zəbt etmiş İŞİD qruplaşmaları ilə mübarizə üçün genişmiqyaslı beynəlxalq koalisiyanın yaradılası üzrə plan müəyyənləşdirib.

“ABŞ elə hesab edir ki, başqa ölkələrə həmişə nə edəcəklərini diktə edə bilər... ABŞ bunu bacarmır. Gəlin, öz ölkəmizi qoruyaq”, - konqresmen ölkə rəsmilərinə səslənib./axar/
1008 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
<