Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

İraqda iki kütləvi məzarı tapılıb

İraqın şimalında İŞİD tərəfindən edam edilənlərin iki kütləvi məzarı tapılıb

İraqın Neynəva əyalətinin Zimar bölgəsində “İslam Dövləti” (İŞİD) terror təşkilatı tərəfindən edam edilmiş şəxslərin kütləvi məzarı aşkar edilib.

"əl-Aləm"in verdiyi xəbərə görə, kütləvi məzardan 35 yəzidi kürdünün cəsədi çıxarılıb.

Məlumata əsasən, kürdlərin “Peşmərgə” qüvvələri tərəfindən aşkarlanan məzardakı cəsədlərin hamısı uşaq, qadın və qocalara aiddir.

Digər bir kütləvi məzarlıq isə Mosulun 10 kilometr şimal-qərbində yerləşən əl-Humeydat bölgəsində tapılıb. Burada Baduş həbsxanasında saxlanılmış dustaqların onlarla cəsədi aşkarlanıb.

Bildirək ki, “İslam Dövləti” Neynəvadakı Baduş həbsxanasını ələ keçirərkən buradakı məhbusların bir çoxunu öz sıralarına qatıb. Sözügedən həbsxanadakı 400-ə yaxın şiə məhbusu isə edam edərək, müxtəlif kütləvi məzarlıqlarda basdırıb./SalamNews/
1193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik