Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

İraqda təxminən 70 yəzidi kürdü İŞİD əsirliyindən qaçıb

Terrorçu “İslam Dövləti” (İŞİD) üzvlərinin Təşkilat tərəfindən İraqın şimalında işğal edilən Tələfrir şəhərindəki həbsxanada saxladıqları təxminən 70 yəzidi kürdündən ibarət qrup əsirlikdən qaçaraq yerli sakinlərdən ibarət könüllü birləşmələrin olduğu yerə çatıb.

RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə İraq mətbuatı məlumat yayıb.

“Yanımıza 68 nəfər gəlib. Onlar ABŞ aviasiya qüvvələrinin İŞİD-in Tələfrirdəki bazalarına zərbələrindən istifadə edərək qaça biliblər. Onlar iki sutka susuz və qidasız yol gedərək bizim mövqelərimizin yerləşdiyi Məzari Şərif rayonuna çatıblar.”, - könüllü dəstələrin hərbi rəhbərlərindən biri bildirib.

Tələfrir şəhəri İraqın şimalındakı Mosuldan 70 kilometr şimal-qərbdə - Neynəva əyalətində yerləşir. O, bir neçə ay əvvəl qonşu Suriya ərazisindən ölkənin şimal və şimal-qərb əyalətlərinə geniş hücuma keçən İŞİD silahlılarının əlinə keçən ilk şəhərlərdəndir./SalamNews/
930 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...