Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

NATO ilə Rusiya donanması Qara dənizdə üz-üzə gəldi

Rusiyanın Qara dəniz Donanması Krım yaxınlığında 15 gəmi və 10 hərbi təyyarənin iştirak etdiyi hərbi təlimlərə başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təlimlərin keçirilməsinin məqsədi dəniz hədəflərinin vurulmasıdır.

Qeyd edək ki, Rusiyanın bu təlimi NATO-nun Qara dənizdə “Dəniz küləyi” adlı hərbi təlimləri ilə eyni vaxta təsadüf edir.

Bundan başqa Rusiya digər dənizlərdə də hərbi təlimlərə start verib. Şimal donanmasının 10-dan çox hərbi gəmi və sualtı qayığı Barens dənizində də taktiki təlimlərə başlayıb. Sentyabrın 8-də isə Baltik dənizinə desant çıxarılması məşqləri keçirilib.
911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...