Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

Hacıbala Abutalıbov Müsavatı Əmircana göndərir

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultayla bağlı müraciətinə cavab verib.

Bu barədə partiyanın Səbayel Rayon Təşkilatının sədri Razim Əmiraslanlı facebookda məlumat paylaşıb.

O bildirib ki, BŞİH Müsavat partiyasının sentyabrın 27- də keçiriləcək qurultayı üçün Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə “Qafqazinfo"-ya açıqlamasında səhər BŞİH-dən ona zəng gəldiyini bildirib: "Mənə zəng edib dedilər ki, məktub hazırdır. İndi məktubu götürmək üçün bir nəfəri göndərmişik. Məktub əlimdə olmadığı üçün orada nə yazıldığından xəbərim yoxdur”.
1141 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP