Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

Sahibkar bələdiyyə sədrini ölümünə döydü

Masallı rayonu, Gəyəçöl bələdiyyə sədri vəhşicəsinə döyülüb.

Bu barədə məlumat verən hadisə şahidlərinin sözlərinə görə, dava topraq üstündə düşüb.

Bələdiyyə sədri Bəybala Əsədov Rusiya vətəndaşı olan İlham adlı şəxsin zorakılığı ilə üzləşib. Torpaq üstündə düşən mübahisə bir qədər sonra davaya çevrilib və bələdiyyə sədri ölümünə döyülüb. B.Əsədov ölümcül halda Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hazırda xəstəxanada ağır vəziyyətdə olduğu deyilir.

Sakinlər qeyd ediblər ki, B.Əsədovu döyən İlham adlı şəxs Gəyəçöl kəndində şadlıq evinin sahibidir.

Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Asif Əliyev Axar.az-a açıqlamasında B.Əsədovun döyülməsi faktını təsdiqləyib.

Xəstəxananın Travmatologiya şöbəsindən isə bildirilib ki, bələdiyyə sədrinin vəziyyəti nisbətən yaxşılaşıb:

“Onun üz nahiyəsində zərbənin xəsarətləri vardı. İlk gətirilən gün vəziyyəti həddən artıq ağır idi. İndi özünü yaxşı hiss edir, hərəkət edə bilir”./axar/
947 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber