Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

Prezident Administrasiyasının qarşısında aksiya

Bu gün saat 13.00 radələrində “Sevil” MMC-dən zərər görən bir qrup şikayətçi Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd edib.

Aksiya iştirakçılarının İnterpress.az-a verdiyi məlumata görə, toplaşanlar əsasən “Sevil” MMC-dən torpaq sahəsi alaraq ərazidə tikinti aparanlardır. Təsisçisi və rəhbəri həbs edilən və tikinti işlərinin dayandırıldığı massivdə torpaq və mənzil alanların ödədiyi məbləğ siyahıya əsasən Hökməli bələdiyyəsi tərəfindən geri qaytarılsa da, fərdi ev tikintisi aparanlara tikintini pulu ödənilmir.

Aksiyaçıların bildirdiyinə görə, onlara ancaq torpağın pulunun ödəniləcəyi və daha sonra tikintinin qiymətləndiriləcəyi bildirilib. Ancaq bunun müqabilində tikinti sahiblərindən əllərindəki sənədlərin təhvil verilməsi tələb olunub ki, tikinti sahibləri bununla razılaşmayıblar: “Bizə bildirilir ki, torpağın pulu ödəniləcək, ancaq tikinti daha sonra qiymətləndiriləcək. Lakin həmin qiymətləndirmənin hansı qaydaya uyğun aparılacağı bəlli deyil. Üstəlik torpağa ödədiyimiz vəsaitin geri qaytarılması üçün əlimizdəki torpağa aid sənədlər geri alınacaq. Sənədləri verdikdən sonra həmin torpaqdakı tikintinin bizə məxsus olduğunu necə sübut edəcəyik?”

Aksiyanın icazəsiz olduğunu bildirən polis ona müdaxilə edib. Nəticədə Vüqar Qurbanov adlı aksiyaşı xəsarət alıb. Daha bir nəfər isə saxlanaraq polis bölməsinə aparılıb.
1012 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:35