Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

“Fazil Mustafa ilə birgə Əbu Bəkrdə dəfələrlə namaz qılmışıq”

“Fazil Mustafa özünü elə aparır ki, guya məni tanımır və haqqımda araşdırma aparır. Biz ən azı 15 ildir bir-birimizi tanıyırıq. Ən azından dəfələrlə Әbu Bəkr məscidində, süleymançıların Quran kursunda bərabər namaz qılmışıq”.

Bu sözləri Fazil Mustafanın məhkəməyə verdiyi Aqil Ələsgər bildirib. A.Ələsgər qeyd edib ki, F.Mustafa özündən çox, Gülən liseylərinin davasını aparır və onun fikirlərini təkzib etməyə çalışır:

“Mən Fazil Mustafanı təhqir etməmişəm. O, Gülən liseylərinin vəkili kimi çıxış edir. Biz istərdik ki, hər hansı məhkəmə davası olmasın. Etirazı varsa, gəlsin, fikirlərini bizimlə bölüşsün. Ancaq o, məhkəmə yolunu tutursa, biz də qarşılıqlı olaraq, aşağılayıcı münasibətinə görə, məhkəməyə müraciət edəcəyik”.

A.Ələsgər vurğulayıb ki, dahilər yetişdirmiş Azərbaycan təhsilini təhqir edib, F.Gülən məktəblərinin bağlanmasını faciə kimi qələmə vermək deputata yaraşan hal deyil.

Xatırladaq ki, millət vəkili Fazil Mustafa onun haqqında təhqiramiz yazı yazdığını əsas gətirərək, Aqil Ələsgəri və yazını yerləşdirmiş “Azerinfo.org” saytını məhkəməyə verib. A.Ələsgər həmçinin Türkiyə TV-lərində də Azərbaycandakı nurçu şəbəkəsi barədə çıxışlar edib.

Məlumat üçün bildirək ki, Aqil Ələsgər Pia.az saytının rəhbəri, mərhum həmkarımız Şahin Ağabəylinin ölümü ilə nəticələnən ağır qəzaya düşəndən sonra nurçulara bağlı olduğu iddia edilən “Böyük Fırat” restoranlar şəbəkəsinin Bakıdakı nümayəndəliyində uzun müddət işçi kimi fəaliyyət göstərib./axar/
1207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12