Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

Rusiya nüvə raketlərini sınaqdan keçirdi

Rusiya 10 ədəd yeni nəsil nüvə başlığı daşıya bilən və 8 min kilometrdən hədəfi vura bilən uzaqmənzilli raketini sınaqdan keçirib.

Rusiya Müdafiə Nazirliyi nüvə başlıqlı raketin sualtı qayıqdan atıldığını və sınağın uğurlu keçdiyini açıqlayıb.

Rusiyanın şimal-qərb bölgəsində yerləşən Ağ dənizdən atılan raket ölkənin Uzaq Şərq bölgəsində Kamçatkada hədəfi məhv edib.

Məlumat üçün bildirək ki, Moskva Termal Texnologiya İnstitutunun 1998-ci ildən bəri apardığı araşdırmalar nəticəsində inkişaf etdirilən qitələrarası raket sistemi (SS-NX-30) 10 ədəd nüvə başlığı daşıya bilir. Uzaqmənzilli raketlər atıldıqdan sonra yüksəkliyi və hədəfi dəyişmək imkanına malikdir.

Raketlərin istifadə olunduğu sualtı gəmilərin istehsalını davam etdirən Rusiya Hərbi Donanması bununla da yeni strategiya mərhələsinə qədəm qoyub.
917 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 12:22