Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

İraq ordusu əl-Biac bölgəsində "İŞİD"in 40-dan çox silahlısını öldürüb

İraq ordusunun kəşfiyyat xidməti məlumatı təsdiqləyib və öldürülənlərin arasında 3 tanınmış "İŞİD" komandirinin olduğunu deyib

İraq ordusunun Mosulun qərbində yerləşən əl-Biac bölgəsinə endirdiyi aviazərbələrdə “İslam Dövləti” terror təşkilatının 3 tanınmış komandirini öldürülüb.

İnterAz-ın əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, İraq ordusunun kəşfiyyat xidməti məlumatı təsdiqləyib və öldürülənlərin arasında 3 tanınmış "İŞİD" komandirinin olduğunu deyib. İraq ordusunun məlumatına görə, öldürülənlərin arasında "İŞİD" liderinin Əbu-Bəkr əl-Xatuni ləqəbli və Abdullah Əli adlı müavinlərindən biri vardır.

Digər tanınmış "İŞİD" komandirlərin adları isə Əkkaşə əl-Bağdadi, Adnan Xudeyr və Əli Nahand əş-Şayir olduqları bildirilir.

Qeyd edək ki, hazırda İraq ordusu Səlahəddin əyalətinin əd-Duluiyyə şəhəri istiqamətində əməliyyatlar aparır ki, sözügedən bölgə “İslam Dövləti” terror təşkilatı komandirlərinin toplaşdığı əsas məkanlardan biridir.
1055 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53