Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Putin öz səlahiyyətlərini artırdı

Rusiya prezidenti Vladimir Putin hərbi-sənaye komissiyasına birbaşa nəzarət etmək üçün səlahiyyətlərinin genişləndiriləməsinə dair sərəncam imzalayıb.

Moskvada hökumət rəsmiləri ilə görüşdə danışan Putin potensial hərbi təhlükələrin dəyərləndirilməsi və buna müvafiq cavabın tapılmasına çağırıb.

O, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemini qeyd edərək, bunu NATO qüvvələrinin Şərqi Avropada yerləşdirilməsi adlandırıb.

NATO bu yaxınlarda çevik qüvvələrin yaradılacağını elan edib. ABŞ prezidenti Barak Obama bunun Rusiya üçün Ukraynanın şərqində hökumət qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında münaqişəyə bənzər mümkün təcavüzə yol verməməsi üçün siqnal olduğunu deyib.

Putin bildirib ki, Ukraynada böhran Rusiyanın bəzi Qərb tərəfdaşları tərəfindən yaradılıb və ondan NATO-nun dirçəlməsi üçün istifadə edilir.O, hökumətinin Rusiyanın təhlükəsizliyi ilə bağlı qərarlar verdikdə bunun nəzərə alındığını deyib.

Putin bildirib ki, Rusiyanın müdafiə planları nüvə silahlarından istifadədən çəkinmə siyasətinin davamını, strateji və uzun mənzilli raketlərin təkmilləşdirilməsini və hava hövzəsinin müdafiəsi siteminin inkişaf etdirilməsindən ibarətdir. “Lakin Rusiya yeni silah yarışına qoşulmayacaq”-deyə o əlavə edib.

Qeyd edək ki, Ukrayna böhranı səbəbindən ABŞ başda olmaqla Qərb ölkələrin təzyiqləri ilə üz-üzə qalan Rusiya hərbi potensialını nümayiş etdirməyə başlayıb.

"Bulava" adlı raketin sınağı Rusiyanın şimal-qərbində yerləşən Ağ dənizdə keçirilib. Rusiya Müdafiə Nazirliyi daha 2 sınağın keçiriləcəyini açıqlayıb. Nazirliyin sözçüsü İqor Konaşenkov çox sayda döyüş başlığı daşıma xüsusiyyətinə sahib "Bulava" raketinin Ağ dənizdə olan "Vladimir Manomah" adlı atom sualtı qayığından atıldığını bildirib.

Nüvə başlıqılı raketin sınağının sualtı döyüş sistemlərinin idarəsinin proqramı çərçivəsində həyata keçirildiyini deyən Konaşenkov raketin uğurla ölkənin şərqində yerləşən Kamçatkadakı Kura poliqonuna çatdığını söyləyib.

Qeyd edək ki, "Bulava" adlı raket 12 metr uzunluğundadır və ABŞ-ın II Dünya Savaşında Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasından 100 dəfə güclüdür.

Xatırladaq ki, Rusiyanın 2013-cü ilin sentyarın 6-da "Aleksandr Nevskiy" sualtı qayığından atdığı raketin sınağı uğursuz olmuşdu./ans/
886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09
Putindən dünyaya