Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

İngiltərə parçalanmaq üzrədir

Gələn həftə keçiriləcək referendumda müstəqillik əleyhinə səs verməyə çağıran Britaniyanın baş naziri Şotlandiyada əhali ilə görüşlər keçirir.

Edinburqda seçicilər qarşısında çıxış edən Devid Kameron xatırladıb ki, səsvermə qərarı yekundur və onu dəyişdirmək mümkün olmayacaq: "Birləşmiş Krallıq parçalansa, həmişəlik parçalanacaq".

Rəy sorğuları müstəqillik lehdə və əleyhdə veriləcək səslərin yaxın olduğunu göstərir. Devid Kameronla yanaşı Şotlandiyaya daha iki aparıcı partiyanın lideri yollanıb. Devid Milliband və Nik Kleq seçicilərlə görüşdə müstəqillik əleyhinə səs verməyə çağırıblar. Şotlandiyanın müstəqilliyini dəstəkləyənlər isə qarşı tərəfin “tam təşviş” içində olduğunu bildirirlər.

Bu arada Bukinqam Sarayı siyasi məsələlərdən kənar qalmaq istədiyini bildirib və II Yelizavetanın referenduma həsr olunmuş ictimai diskussiyada iştirak etmədiyini bəyan edib.

“Referendum ərəfəsində kraliçanın kampaniya nəticələrinə təsir etmək istədiyi haqqında ehtimallar qətiyyən həqiqətə uyğun deyil. Əlahəzrət sadəcə o fikri rəhbər tutur ki, bu, Şotlandiya xalqının öz işidir“.

Kral mətbuat xidmətinin qeyd etdiyi kimi, hökmdarın ölkənin siyasi həyatına qarışmaması Britaniyada demokratiya prinsiplərindən biridir.

“Hökmdar siyasətdən alidir, və dövlət vəzifələrini tutan siyasi xadimlər bunun belə də qalması üçün əllərindən gələni etməlidirlər”, - bəyanatda deyilir.

Daha əvvəl Britaniya KİV-ləri məlumat vermişdilər ki, kraliça ölkənin parçalanmasının real mümkünlüyü ilə bağlı narahatdır.

Qeyd edək ki, sosioloji sorğular göstərir ki, son həftələr ərzində “bəli” və “xeyr” cavab verməyə hazır olanların sayı təxminən bərabərləşib, bəzi məlumatlara görə isə, müstəqillik tərəfdarlarının sayı bir qədər artıb, bir halda ki, daha əvvəl vahid Britaniya tərəfdarları əksəriyyət təşkil edirdi.

Yeni sosioloji sorğulara əsasən, Şotlandiyanın müstəqilliyi tərəfdarlarının artması müşahidə olunduqdan sonra Şotlandiyanın birinci naziri Alex Salmond Britaniya hökumətini hayküyçülükdə suçlayıb.

Maliyyə naziri George Osborne, Şotlandiyanın ayrılmadığı təqdirdə ona daha böyük muxtariyyət vəd edib. Salmond-un fikrincə, bu kimi bəyanatlar Britaniya hökumətində çaxnaşma əlamətlərindən xəbər verir.

Britaniyanın baş naziri Devid Kameron da dəfələrlə şotlandları Birləşmiş Krallığın tərkibində qalmağa çağırıb. Çərşənbə günü Daily Mail qəzeti vasitəsilə o, şotlandları sentyabrın 18-də vahid ölkə lehinə səs verməyə çağırıb.
“Bizim birlik misilsizdir. Onu parçalamayın”, - Kameron yazıb.

“Birləşmiş Krallıq parçalansa, həmişəlik parçalanacaq, - Kameron hesab edir. – Odur ki, sizin seçiminiz aydındır: “lehinə” səs verib zülmətə atılmaq yaxud “əleyhinə” səslə - Şotlandiyanın xoş gələcəyinə”.

Şotlandiyanın müstəqilliyi haqqında referendum sentyabrın 18-nə təyin olunub. Seçicilər yeganə suala cavab verməlidirlər: “Şotlandiya müstəqil dövlət olmalıdırmı?”

Aleks Salmond bəyan edib ki, onun fikrincə, II Yelizaveta “iftixar hissi ilə Şotlandiyanın kraliçası olar”. Sallmond iki həftə bundan əvvəl Balmoral sarayında kraliçanın qəbulunda olduğunu söyləyib, lakin siyasətçi söhbətin məzmununu açıqlamayıb. Birinci nazir eyni zamanda kraliçanın guya Şotlandiyanın ayrılması perspektivindən narahat olduğuna dair mətbuatın məlumatlarını təkzib edib. Şotlandiya hökumətinin planlarına əsasən, referendumda müstəqillik tərəfdarları qalib gəlsələr, kraliça formal olaraq yeni dövlət başçısı olaraq qalacaq.

Qeyd edək ki, Kraliça II Yelizaveta yalnız bir dəfə, 1977-ci ildə, Şotlandiyanın müstəqilliyi haqqında açıq fikir söyləyib. O vaxtdan bəri kraliça bu məsələyə münasibət bildirməyib./bbc/
1062 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber