Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Zakir Həsənovdan daha bir önəmli dəyişiklik

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi (Mİİ) ləğv edilib. Bu idarənin funksiyalarını yeni yaradılmış qurum həyata keçirəcək.

Bu barədə məlumatı hərbi ekspert Üzeyir Cəfərov verib. Onun sözlərinə görə, bundan sonra nazirin tikinti işləri üzrə müavini kimi polkovnik-leytenant Zakir Niftəliyev bütün bu işlərə rəhbərlik edəcək. Zakir Niftəliyev bundan əvvəl MN-nin Mİİ-nin layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışıb.
Ü.Cəfərov həmçinin bildirib ki, Müdafiə nazirinin əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilmiş general-mayor Heydər Priyev dünən məktəbin kollektivinə təqdim edilib. Təqdimatı ordudan tərxis olunmaq üçün rəsmi müraciət ünvanlamış general-leytenant Çingiz Məmmədov həyata keçirib.
O, Müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və bildirib ki, general-mayor Heydər Priyev məktəb rəisinin vəzifələrini müvəqqəti olaraq icra edəcək. Bu vəzifəyə təyinat Azərbaycan prezidentinin səlahiyyətində olduğuna görə yaxın zamanlarda bu haqda sərəncamın imzalanması gözlənilir. /Aznews/
1821 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09