Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Mədrəsəyə donuz başı asıldı

Tiflis çalxalanır: mədrəsəyə donuz başı asıldı 

Qonşu Gürcüstanda dini zəmində növbəti gərgin anlar yaşanıb.

Frontnews.ge saytının verdiyi xəbərə görə, hadisə ölkənin turizm məkanlarından olan Kabuleti qəsəbəsi ərazisində baş verib. Lermontov-13 ünvanında yaşayan sakinlər Türkiyə vətəndaşının açmaq istədiyi mədrəsinin giriş qapısına kəsilmiş donuz başı asıblar.

Verilən məlumata görə, gürcülər həmin ərazidə mədrəsənin açılmasının qəti əleyhinə olublar və ən aşağılayıcı metoda əl atıblar. Rayon icra nümayəndəsi Sulxan Yevgenidze bildirib ki, dini məktəbin açılması üçün hər hansı razılıq verməyiblər. Əgər belə istək olarsa, məmnuniyyətlə müsbət cavab verəcəklər.

Öz növbəsində məsələyə kəskin münasibət bildirən müsəlman icmaları təmsilçiləri bunu tərbiyəsizlik adlandırıblar./axar/
1200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber