Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

“Saatlı polisi narkotiklə pambığı səhv salıb”

Rayon fermerləri həyəcan təbili çalır

Saatlıdan aldığımız məlumata görə, rayon fermerləri yeni, hakimiyyətdəkilərin diliylə desək, analoqu olmayan problemlə üzləşiblər. Belə ki, indi pambıq yığımı vaxtıdır, fermerlər yığdıqları pambığı zavoda apararkən polis özbaşınalığı ilə qarşılaşırlar. Gecələr “ova” çıxan polislər pambıq dolu lafetləri “yol hərəkəti qaydalarını pozduğuna görə” cərimə meydançasına aparır, günlərlə saxlayır. Fermerlər sovetlərin vaxtından indiyə qədər belə problemlə üzləşmədiklərini deyirlər: “Pambıq dövlət üçün strateji məhsuldur, bu səbəbdən onu istehsal edənlərə sovetlərin vaxtında həmişə sayğı olub. Əslində, dövlət ”qul əməyi" sayılan bu sahəyə diqqət yetirməli, onu əkib-becərənləri qiymətləndirməlidir. Müstəqillik dönəmindən üzü bəri diqqət və qayğı itib. Son illər, ümumiyyətlə, bu sahədə çalışanlar “aldım qoz, satdım qoz” prinsipiylə işləyirlər. Dövlət guya subsidiyalar versə də, sonda həmişə fermerlər zavoda borcu qalır. Kiloqramı 41 qəpikdən alınan bu məhsulu becərənlər ziyan çəkirlər. Təsəvvür edin: suyun 1 litrini 60-70 qəpiyə satırlar. Bizdən isə aylarla çəkdiyimiz zəhmətin qarşılığında pambığı 41 qəpiyə alırlar. Belə ədalətsizlik dünyanın heç yerində yoxdur. Üstəlik, su problemi bol məhsul almağa imkan vermir. Yüksək çinli məmurların, nazirlərin də bu işə qol qoyması fermerləri çətin duruma salıb. Əlləri hər yerə çatan bu adamlar əjdaha kimi suyun qabağını kəsir, onu öz əkin sahələrinə yönəldir, təsərrüfat bir yana, kənd camaatı içməli su üzünə də həsrət qalıb. Builki su qıtlığı məhsuldarlığı xeyli aşağı salıb. Bunun dərdi bir yana, polislər də bir tərəfdən belə özbaşınalıq edirlər. Görünür, onlar nəşə ilə pambığı səhv salıb"./azadlıq/
1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı