Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

“Oktyabr inqilabı” qeyd edilir

Bu gün kommunistlər “Oktyabr inqilabı”nı qeyd edir

Bu gün Moskvada Böyük Oktyabr Sosialist İnqilabının 96 illiyinə həsr olunmuş 2 aksiya keçiriləcək. Aksiyaların keçirilməsinə hökumətin də razılıq verib.

“Axar.az” xəbər verir ki, tədbiri RFKP partiyası 5000 iştirakçı ilə keçirəcək. Yürüş Tverskaya küçəsindən İnqilab meydanına doğru olacaq. Daha sonra meydanda mitinq keçiriləcək.
Elə bu meydanda günorta saatlarında Sovet Zabitləri Birliyinin də aksiyası keçiriləcək. Yürüşdə 1000-ə yaxın iştirakçı olacağı gözlənilir.
Paytaxt Regional təhlükəsizlik departamentinin rəhbəri Mayorov qeyd edib ki, Oktyabr inqilabının 96 illiyi ilə bağlı tədbir keçirmək istəyən bir neçə başqa təşkilatçıya asayişin pozulmaması nədəni ilə razılıq verilməyib. Ona görə onlar da adı çəkilən aksiyalara qoşulacaq.
Aksiyada “Hökumətə istefa!”, “Yeni Oktyabr irəlidədir!” kimi şüarlar səslənəcək.
Lenin Mavzoleyi də bu gün ziyarətçilərə bağlı olacaq.
Buna səbəb bu gün “Qırmızı meydan”da Qırmızı ordu əsgərlərinin 1941-ci il noyabrın 7-si keçirilən tarixi paradının ildönümünə həsr olunmuş təntənəli marşın artıq 12-ci dəfə keçirilməsi olacaq.
Moskva hökuməti marşda 6000 min nəfərin iştirak edəcəyini söyləyib.
1884 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı