Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Əli İnsanovdan daha bir səs-küylü bəyanat

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək 13 saylı cəzaçəkmə müəssisəsindəki (CM) ağır və dözülməz saxlanma şəraitindən şikayətlənib.

Bu barədə sabiq nazirin vəkili Toğrul Babayev məlumat yayıb.

Məlumata görə, Ə.İnsanovun müraciətində bildirilir ki, Avropa Məhkəməsi onun hüquqlarının pozulması faktını qəbul və təsdiq edib, Azərbaycan hökumətini buna görə hətta 10 min manat məbləğində cərimə də edib, lakin bu qərar bu günədək yerinə yetirilməyib.

Bundan əlavə, sabiq nazirin bəyanatında deyilir ki, onun 13 saylı CM-dəki saxlanma şəraiti Avropa Məhkəməsi tərəfindən işgəncəyə məruz qalma faktı kimi tanınıb, amma sabiq nazir hələ də başqa CM-ə köçürülməyib.

Xatırladaq ki, Əli İnsanov 2005-ci il parlament seçkiləri ərəfəsində həbs olunub. O, əvvəlcə dövlət çevrilişinə cəhddə ittiham edilib. Sonra sabiq nazirə qarşı ittihamlar dəyişdirilərək ayrı maddəyə tövsif olunub. 2007-ci ilin aprelində Ə.İnsanovu iqtisadi cinayətlərdə ittiham ediblər. Məhkəmə sabiq nazirə bu ittihamlar əsasında 11 il həbs cəzası kəsib. Avropa Məhkəməsi isə İnsanovun işini araşdırarkən Avropa Konvensiyasının 3 və 6-cı maddələrinin pozulduğunu bəyan edib./virtualaz/
1024 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...