Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Suriya ordusu üsyançılara ciddi zərbələr endirib

Suriya təyyarələri Dəməşqin şərqindəki mövqelərə onlarla aviazərbə endirib

Suriya ordusunun qırıcı təyyarələri və helikoterləri silahlıların Dəməşqin Şərqi-Quta və digər bölgələrindəki mövqelərini şiddətli aviazərbələrlə hədəfə alıb.

İnterAz-ın "SkyNews”a istinadla verdiyi xəbərə görə, təkcə Cobar rayonuna 15 aviahücum təşkil edilib. Aviazərbələr nəticəsində silahlıların çoxlu sayda ölü və yaralı verdiyi bildirilib.

Dəməşqətrafı əyalətdə silahlıların Duma, əz-Zəbədani, Vadi-Bardi və sair bölgələrindəki mövqelərinə də aviazərbələr endirilib.

Qeyd edək ki, Suriya hökuməti paytaxt Dəməşqin təhlükəsizliyini artırmaq üçün keçən aydan başlayaraq ciddi əməliyyatlar həyata keçirib ki, əl-Məliha rayonunun bir çox nahiyələrinin terrorçulardan təmizlənməsi ilə nəticələnib. Hazırda Suriya ordusu Cobar rayonunu silahlılardan almaq üçün ciddi əməliyyatlar həyata keçirir.

Qeyd edək ki, Cobar rayonu paytaxtın şərq girəcəklərinə nəzarət edə biləcək mövqelərə malikdir.
1049 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber