Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Orta məktəb, yoxsa xarabaxana?

Əsgərabad kəndində 500-ə yaxın məktəbli bu il dərsə illərdir qəzalı vəziyyətdə olan məktəbdə davam etdirəcəklər

Qarşıdan gələn yeni tədris ilində Biləsuvar rayonunun Əsgərabad kəndində 500-ə yaxın məktəbli bu il dərsə illərdir qəzalı vəziyyətdə olan məktəbdə davam etdirəcəklər.

Məktəbin dam örtüyü yararsız haldadır. Müəllimlər deyirlər ki, payız və qış aylarında suya qərq olan sinif otaqlarında nəinki dərs kemək, heç sinifə belə keçmək mükün olmur.

Tiklinin tavan hissəsindəki beton atmaların yağış və qar sularının təsirinə məruz qalması burada təhlükə saçan çatların yaranmasına səbəb olub. Bu isə məktəbin tavanını hər an üçma təhlükəsilə üz-üzə qoyub.

Bundan başqa məktəbin kanalizasiya sistmi olmadığından, yağış suları axaraq məktəbin dəhlizinə dolur. Burada yaranmış bataqlıq isə tikilinin təməlinin müxtəlif hissələrinin çökməsinə şərait yaradıb. İsti havada sinif otaqlarına xoşagəlməz qoxunun yaranır. Təhsil müəssəsindəki istilik sistemindən isə heç söz açmağa dəyməz. Sinif otaqlarınındakı əksər pəncərələrin şüşəsi qırıldığından qışda buranın isidilməsi mükünsüz olur.

Məktəbin müəllimi Faiq Rzayev bildirib ki, vəziyyətlə bağlı dəfələrlə şikayət etsələr də, heç bir nəticə olmayıb. /ans/
1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber