Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Özəl bağçaların kəllə-çarxa qalxan qiymətləri

Bakıda dövlət bağçaları ilə yanaşı, çoxlu sayda özəl bağçalar da fəaliyyət göstərir. Uşaqlar üçün bütün rahatlıqları təmin edən özəl bağçalarının aylıq ödənişi xidmət səviyyəsinə görə dəyişir.

Xidmət və keyfiyyət baxımından dövlət bağçalarını üstələyən özəl müəssisələrin qiymətləri də əl yandırır.

Bakıda məşhur olan bir sıra özəl bağçalarin ödəniş haqları ilə bağlı araşdırma apardıq. 

Özəl bağçalar qiymətlər necədir?

“Sehirli Dayə” Uşaq Bağçasında qiymətlər fərqlidir. Bu bağçada həftənin beş günü səhər saat 8-dən axsam 8-ə kimi göstərilən xidmətin dəyəri 400 manat təşkil edir. Gündəlik 10 saatlıq xidmət isə aylıq 380 manatdır.

Ümumiyyətlə isə həftənin günlərindən və saatlarından asılı olaraq, bağçada qiymətlər 200-484 manat arası dəyişir. Bağçaya 2 yaşdan etibarən uşaqlar qəbul olunur.

“İnci” Uşaq Bağçası – burada da qiymətlər uşağın həftədə neçə gün və neçə saat bağçada qalmasından asılıdır. Qiymətlər 179 və 446 manat arası dəyişir.

“Baby Star” Uşaq Bağçasıda da qiymətlər 179 və 446 manat arasındadır.

“Happy KIDS uşaq bağça”ına uşaqlar 2 yaşından qəbul edilir. Və bağçanın aylıq ödənişi 350 manatdır.

“Vunderkind” Uşaq baxçası - İnkişaf mərkəzində uşaqlara səhər saat 8:00-dan 19:00-a qədər qulluq göstərilir. Bağçanın aylıq qiyməti isə 200 manatdır.

“Playorena” uşaq bağçasında aylıq ödəniş haqqı servis də daxil olmaqla 500 manatdır. Əgər servis olmasa bu qiymət 450 manat olacaq.

Ən bahalı uşaq bağçasından biri olan “Baby Plaza”da qiymət 650 manatdır. Lakin bu qiymətə servis daxil deyil.

“Bal balam” adlı uşaq bağçasının aylıq ödənişi 300 manatdır və burada da servis xidməti yoxdur.

“Cheburaska” Uşaq bağçasında isə aylıq ödəniş 400 manat təşkil edir.

“Leylək” Uşaq bağçasında da qiymət 400 manatdan başlayır. Servis haqqı 70 manat təşkil edir. Lakin, servis uzaq məsafələrə daxil deyil.

“Baby House” Uşaq bağçasında isə qiymət nisbətən normaldır. Belə ki, bu bağçada qiymət 200 manatdır və servis xidməti yoxdur.

Ümumilikdə isə özəl bağçalarda gördüyünüz kimi qiymətlər 179 manatdan 650 manatadək dəyişir. Məlumdur ki, adları çəkilməyən bəzi özəl bağçalar var ki, onlarda qiymətlər daha yüksəkdir./azvision/
1216 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı