Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Ağsu sakinlər biabırçı vəziyyətdə yaşayırlar

Rayonda şikayətlərə məhəl qoyan yoxdur, insanlar isə bezdiklərini deyirlər

Ağsu sakinləri bir sıra ciddi problemlərlə üzləşiblər. Ən acınacaqlı vəziyyət isə kommunal məsələlərdə və məktəblilərin üzləşdiyi problemlərdə yaşanır.

Rayonun orta məktəblərin vəziyyəti demək olar ki, bərbaddır. Təbii ki, bu hal da övladlarının gələcəyini düşünən valideyinlərin bir o qədər də təhsil alıb, gələcək həyatlarını sığortalamaq arzusunda olan gənclərin haqlı narazılığına səbəb olur.

Biz də Məsələylə bağlı Təhsil şöbəsinın müdiri Tahir Xası ilə əlaqə saxladıq. O,bildirdi ki, Çaparlı kəndində yerləşən məktəb 2015-ci ildə əsaslı təmir proqramına salınıb və tezliklə bu məktəbin təmirinə başlanılacaq.

Rayon sakinlərinin problemi təkcə orta məktəblə bitmir. Onlar bildirdilər: “Bizim problemlərimiz demək olar ki, bitib, tukənmək bilmir. Yol, qaz, su, işıq hamısı başımıza bəla olub. Demək olar ki, rahat gün üzü görmuruk. Onlar həmçinin qeyd etdilər ki, “butun bu məsələlərlə bağlı dəfələrlə İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyeva müraciət etmişik”.

Sakinlərin üzləşdiyi bütün bu problemlər ilə bağlı Ağsu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Ancaq rayon icra hakimiyyətinin rəsmiləri hər dəfə muxtəlif bəhanələr gətirərək musahibə verməkdən yayındılar./bloqxeber/
1091 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber