Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

İŞİD-ə qarşı mübarizə planı qeyri-müəyyəndir

İran XİN: Beynəlxalq koalisiyanın İŞİD-ə qarşı mübarizə planı qeyri-müəyyəndir

İran beynəlxalq koalisiyanın İŞİD-ə qarşı mübarizə planını qeyri-müəyyən adlandırır.

“Reuters”in verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham jurnalistlərin suallarını cavablandırarkən deyib.

“NATO-nun Uelsdəki sammitindən sonra İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyanın mübarizə planında ciddi qeyri-müəyyənliklər var. Bu koalisyanın terrorizmə qarşı mübarizə aparmaq niyyəti şübhəli görünür”, - deyə o vurğulayıb.

M. Əfham həmçinin koalisiyaya üzv bəzi ölkələri Suriya və İraqda terrorçulara dəstək verməkdə ittiham edib. Bununla belə, o, ABŞ prezidenti Barak Obamanın İŞİD-ə qarşı mübarizə planına münasibət bildirməyib.
1058 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19