Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Putinlə Ruhani görüşəcək

Rusiya prezidenti Vladimir Putinlə və İran prezidenti Həsən Ruhani görüşəcək. Görüşdə hər iki ölkəni maraqlandıran məsələlər müzakirə ediləcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya və İran prezidentləri artıq ikinci dəfədir ki, görüşürlər və əsas müzakirə mövzusu ölkələr arasında ticarət - iqtisadi əlaqələrin genişləndirilməsidir. Onun sözlərinə görə, Rusiya ilə İran arasında ikitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri də rus neft-qaz və energetika avadanlıqlarının İrana göndərilməsidir.

Prezident köməkçisi əlavə edib ki, indiki dövrdə Rusiya ilə İran arasında mal dövriyyəsi azalmaqda davam edir. Bunun əsas səbəblərindən biri də İrana qarşı tətbiq edilən birtərəfli sanksiyalarlarıdır.

Uşakovun sözlərinə görə, gündəmdəki məsələlərdən biri də sülhməramlı atom sahəsində əhəmiyyətli məsələlərin müzakirəsidir.

Görüşdə həmçinin İran nüvə proqramı danışıqları, Əfqanıstan, Suraiya və İraqda vəziyyət də müzakirə olunacaq.
967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı