Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

“Fələstinliləri biz silahlandırırıq”

“Açıq şəkildə deyirəm ki, fələstinliləri biz silahlandırmışıq və sonadək onları müdafiə edəcəyik”.

“Aran radiosu” xəbər verir ki, bu açıqlamanı İranın Məsləhət Şurasının sədri Ayətullah Haşəmi Rəfsancani verib. O, islam ölkələrini Fələstinə yardım etməyə çağırıb:

“İsrail şimaldan Hizbullahın raketlərinin, cənubdan isə Qəzzanın müqavimət qüvvələrinin hədəfindədir. Qərb sahili də həmin minvalla silahlandırılarsa, daha İsrailin heç bir nöqtəsi əmin-amanlıqda olmayacaq. İsrail 50 günlük Qəzza müharibəsində olduqca pis anlar yaşadı. Bu uğur təkcə bir islam ölkəsinin yardımlarından qaynaqlanır və əgər bütün islam ölkələri kömək edərsə, çox şeylər dəyişəcək. Biz açıq şəkildə deyirik ki, fələstinliləri biz silahlandırmışıq və sonadək onları müdafiə edəcəyik. Superdövlətlər bilsinlər ki, Livanda Hizbullahı silahlandırmışıq və Hizbullah onların çox qüdrətli zənn etdikləri İsrailin önündə dayandı”.

Rəfsancani region dövlətlərini İranla həmkarlığa dəvət edib:

“Region dövlətləri neftdən istifadə edərək, dünyanı fələstinlilərin haqqını verməyə vadar edə bilərlər. Əgər bir il müddətinə nefti kəssək, dünya buna tab gətirə bilməyəcək”.
1268 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı