Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

İlqar və Məlahət Nəsibovların ifadəsi mətbuata sızıb

Avqustun 21-də Naxçıvanda bir qrup şəxs tərəfindən döyülmüş hüquq müdafiəçisi İlqar Nəsibov və onun həyat yoldaşı Məlahət Nəsibova sentyabrın 10-da saat 15:00-da yenidən Naxçıvan Şəhər Polis İdarəsinə dindirməyə çağırılıblar.
M.Nəsibova Turan-a bildirib ki, o, şahid qismində çağırılıb. Bundan əlavə, İ.Nəsibovla ona hücum edənlərdən biri – Fərid Əsgərov arasında üzləşmə olacaq.
Qeyd edək ki, ötən gün hökumətyönlü saytlardan biri material dərc edərək bildirib ki, İ.Nəsibov özü F.Əsgərovu döyüb. Sayt Nəsibovun istintaqa ifadəsinin surətini dərc edib. Bu sənədin Naxçıvan polisindən mətbuata necə gedib çıxmasını sayt açıqlamır. Lakin bu, istintaq sirrinin pozulmasıdır və buna görə cinayət cəzası nəzərdə tutulur.
İ.Nəsibovun səhhətinə gəlincə, onun vəziyyəti ümumilikdə normaldır, lakin bədənində qırıqlar hələ qalır.
İ.qar Nəsibovun ağır xəsarət almasına, çoxlu sınıqların olmasına baxmayaraq, polis sentyabrın 4-də cinayət işinə başlayıb. İ.Nəsibov zərərçəkən kimi tanınıb. Lakin cinayət işi “bilərəkdən yüngül bədən xəsarətinin yetirilməsi” maddəsi ilə açılıb./Turan/
1357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07