Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

Ukrayna rəsmisindən Obamaya dəhşətli sözlər

Ukrayna Daxili İşlər nazirinin məsləhətçisi Anton Geraşenko ABŞ Prezidenti Barak Obamanı sərt tənqid edərək, Qərbi Ukraynaya qarşı ikili standartlara yol verməkdə qınayıb.

O, bu barədə Feysbuk səhifəsində məlumat yerləşdirib.

Geraşenkonun sözlərinə görə, ABŞ-ın, Qərbin əsas hədəfləri demokratiya deyil, maddi maraqlardır:

“Avro Nyus” (“Euro News”) kanalına baxdım, Konqressin razılığı olmadan ABŞ Prezidenti Barak Obama İraqda terrorçulara qarşı əməliyyat aparmağa hazır olduqlarını bildirdi. Görünür, Amerika prezidenti Ukraynanın şərqinə qoşun yeridən Putindən nələrisə öyrənir. Axı Putin də Rusiya Konstitusiyasını saya saymadı. Hərbi əməliyyatlar aparmaqla Vaşinqton bölgədə öz maraqlarının bərqərar olmasına və əzəli düşmən – Suriya Prezidenti Bəşər Əsədə qarşı təziqləri atırmağa çalışır. Bir sözlə, nəticə çıxaraq: harada neft varsa, orada ABŞ-ın hərbi dəstəyi var. Hər şey olduqca sadədir – geosiyasət böyük bir biznes maraqlarıdır”./axar/
1548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA