Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2014

İŞİD-çi İstanbulda saxlanılırmış

Fransa kəşfiyyatının axtardığı İŞİD-çi İstanbulda saxlanılırmış

Fransa gizli kəşfiyyat xidməti İŞİD-lə mübarizədə axtardığı ən önəmli şəxslərdən biri İstanbulda ələ keçirilib.

Əslən mərakeşli olan Fransa vətəndaşı Mourad Faresin ötən ay gizli əməliyyat nəticəsində saxlanıldığı üzə çıxıb.

Fransa mətbuatı Türkiyənin Faresi ötən gecə gizli bir şəkildə Fransaya ekstradisiya etdiyini bildirib.
Fransanın İsveçrə sərhədindəki Thonon-les-Bains şəhərində dünyaya gələn 29 yaşlı Fares İŞİD tərkibində döyüşmək üçün Fransadan işçi qüvvə yığaraq bir şəbəkə yaradırmış.

Məlumata görə, Fares avqust ayında rəsmi bir sənəd üçün Fransanın İstanbul Baş Konsulluğuna gəlmişdi. Faresin həbs edilməsi üçün Türkiyə tərəfinə müraciət edilmişdi və bu müraciət qəbul edilərək İŞİD-ə yardım edən bu şəxs həbs edilmişdi. Bir ay ərzində Faresin həbsi gizli saxlanılıb.
1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...