Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2014

Katalonlar İspaniyadan ayrılmaq istəyir

Sentyabrın 11-də “Kataloniya günü” münasibətilə, İspaniyanın Barselona şəhərində yüz minlərlə insanın qatıldığı aksiya keçirilib. Təşkilatçıların iddiasına görə aksiyada 1,8 milyon, İspaniya hökumətinin məlumatına görə isə 500 min insan iştirak edib.

Tədbirin əsas məqsədi, Kataloniya vilayətinin rəhbərliyi tərəfindən noyabrın 9-a təyin edilmiş, lakin İspaniya Konstitusiya Məhkəməsi tərəfindən qadağan olunan referenduma dəstək ifadə etmək idi.

Kataloniya vilayətinin rəhbəri Artur Mas çıxış edərək bildirib ki, Madrid bu böyük kütlənin səsini eşitməlidir və noyabrın 9-da referenduma mane olmamalıdır.
İspaniya hökuməti isə hələlik bu çıxışlarla bağlı heç bir rəsmi açıqlama verməyib. Yalnız aksiyadan bir neçə saat əvvəl çıxış edən İspaniyanın Baş naziri Mariano Raxoy ölkənin bütövlüyünə dəstək verən ifadələr işlədib.
1118 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP