Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2014

Ozon qatındakı dəlik qapanır

Xərçəngə yoluxma riskini artıran ozon qatındakı dəlik qapanır.

Dünya Meteoloji Təşkilatı günəşin zərərli şüalarından Yer kürəsini qoruyan atmosferdəki ozon miqdarının artdığını və ozon qatındakı dəliyin son günlər qapandığını açıqlayıb. Təşkilatın məsul şəxslərindən olan Qeyr Brazen bildirib ki, zamanlar atmosferdəki ozon miqdarını azaldan maddələrdən istifadə də aradan qaldırılacaq.

Q.Brazen qeyd edir ki, 4 il bundan öncəki araşdırma ilə müqayisədə ozon qatındakı dəlik kiçilib. Onun sözlərinə görə, 2050-ci ilə qədər ozon dəliyi tamamilə qapanacaq.

Qeyd edək ki, ozon qatındadı dəlik günəşin zərərli şüalarının qarşısını ala bilmir və bu da insanlarda cild, dəri xərçənginin yaranmasına səbəb olur.

BMT-nin Ətraf-mühit proqramına görə, ozon qatındakı dəlik zamanla qapanarsa, 2030-cu ilə qədər 2 milyon insanın dəri xərçənginə tutulma riskinin qarşısı alınmış olacaq.
1536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05