Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2014

Şahvələd Çobanoğlu ifadə verdi

Tanınmış jurnalist hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə sorğulanıb.
Sentyabrın 11-də tanınmış köşə yazarı Şahvələd Çobanoğlu hazırda həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun işi ilə bağlı istintaqa çağırılıb. Bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, Ağır Cinayətlər üzrə İstintaq idarəsində ifadə verib: “İfadəmi istədiyim kimi verməyə və yazmağa heç bir maneə olmadı. Ötən ilin noyabrında Rəsul bəyin layihəsi üzrə film festivalı keçirilib. Müsavat Partiyasının qərargahında keçirilən festivalın bir günü filmlərdən sonrakı debatların moderatoru olmuşam, buna görə 100 manat xidmət haqqı ödənilib mənə. Müqavilə, qəbz, akt – bütün sənədlər yerində. Tədbir də gerçəkdən olub və iştirakçılar xatırlayır. Hər şey düz gəlir. Elə bu da Rəsul bəyin dürüstlüyünün sübutu idi. İmzamı, pulu aldığımı təsdiq etdim. Rəsul bəylə eyni yolda, eyni əqidə də olduğumu bəyan etdim”.
Şahvələd Çobanoğlu deyir ki, ekspertizaya vermək üçün ondan imza nümunəsi alıblar: “ Bizim heç bir problemimiz yoxdur, imzamıza da, əməllərimizə də arxayınıq. Sual başqadır. Ağır cinayət budurmu? 100 manatı bir tərəf verdiyini, digər tərəf aldığını bəyan edirsə, cinayət bunun harasındadır?”. /azadliq.info/
993 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP