Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2014

Türkiyə tankları sərhəddə

Türkiyə Suriyada İŞİD terror qruplaşmasının nəzarəti altındakı bölgələrlə sərhəd olan ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirib.

Kilis vilayətinin Yavuzlu kəndindən Əlbəyli rayonuna qədər sərhəd xətti boyunca ərazi İŞİD-in nəzarəti altındadır. Həmin ərazilərlə üzbəüz Türkiyə Silahlı Qüvvələrinin zirehli texnikası, tank və topları yerləşdirilib. Zirehli maşınlar 24 saat ərzində sərhəddə keşik çəkir, tank və zirehli maşınların lülələri Suriya istiqamətinə çevrilmiş vəziyyətdədir.

İŞİD-in nəzarəti altında olan bölgələrdən Türkiyəyə suriyalı qaçqın axını olmasa da, digər sərhəd ərazilərdən qaçqınlar Türkiyənin Kilis vilayətinə daxil olmağa davam edir./İHA/
1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10
Kim daha çox yaşay