Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2014

Qazanılmayan savaş - Sovetski

Bu ilin əvvəlindən qızışan “Sovetski” qalmaqalı özünün pik həddini yaşayır. Fevral ayında kvadrat metrinə 1500 manatla razılaşmayan əhali küçələrə çıxdı. Aksiyalar davamlı olsa da,nəticədə insanlar evlərindən çıxmalı oldular. Hazırkı durum isə görünən mənzərədir. Bir tərəfdə hələ də yaşamağa məcbur olan ailələr, digər tərəfdə isə köçən insanların uçulmuş evləri.

Sakinlər onlara veriləcək pulla ev ala bilməyəcəklərindən narahatdırlar. Onlar pul əvəzinə hökümətdən ev tələb edirlər. 25 ildən artıqdır “Sovetski”də yaşayan Zülfüqar Əsgərov deyir ki, ona ümumilikdə 20 min manat veriləcək. O, həmin pula yalnız torpaq sahəsi almağın mümkün olduğunu deyir. Amma köçürməsəydilər, heç köçmək fikrində olmadığını da təəssüf hissi ilə gizlətmir.

Dünyaxanım Mehtiyevanın həyat hekayəsi isə tam fərqli və daha ağırdır. Dünyaxanım nənənin iki oğlu həbsdədir. Ona baxan heç kimi yoxdur. Bu da azmış kimi o, evindən çıxmalıdır.

Dünyaxanım nənə deyir ki, zaman o zaman deyil. Daha ev tikə bilməz. Ona ev verilsə, daha yaxşı olardı. Hazırda qaldığı ev isə yaşamaq üçün tam yararsızdır.

Sovetskidə çəkiliş apardığımız müddətdə söküntü aparılan yerlərin antisanitariya vəziyyətində olduğunu gördük.Hər ev boşaldıqdan dərhal sonra söküldüyündən ərazidə yaşayan sakinlər üçün problem yaranır. Toz, torpaq və sıçovuldan cana yığılan sakinlər məcburən evdən çıxdıqlarını dönə-dönə təkrarlayırlar.
“Sovetski”nin sökülməsi ilə məşğul olan Bakı Şəhər İcra Hakimiyyəti ərazidə park salınacağını desə də, Nailə xanım buna inanmır.

8 ildən artıqdır “Sovetski”də yaşayan Nailə Kazımova isə müqavimət göstərməyin mənasız olduğunu deyir. Aldığı pul onu qane etməsə də, buna məcburdur və çıxış yolunu kredit götürməkdə görür. /meydan.tv/
1255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41