Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2014

Bakının bu qəsəbəsinin sakinləri su üzünə həsrət qalıb

Hövsan qəsəbəsi Dənizkənarı küçəsinin sakinləri dəniz kənarında yaşasalar da susuzluqdan əziyyət çəkirlər.

Bu küçədə yaşayan sakinlərin evlərinə içməli su xətləri çəkilməyib.

Yay günü İmamhüseyn müsibətini yaşayan şikayətçilər deyir ki, susuzluqdan həyətlərdəki ağaclar da quruyub. İçməli su xətti çəkilmədiyindən sakinlər quyu suyundan istifadə edirlər. Amma bu da içmək və məişət işlərində istifadə üçün yararlı deyil. Buna görə də sakinlər ayda 30-40 manat suya pul xərcləməli olurlar.

Şikayətçi Feyzulla Aslanovun sözlərinə görə, sözügedən küçədə 12 evdən başqa bütün evlərə su xətləri çəkilib.

Sakinlər deyir ki, problemlə bağlı ərazidəki Su İdarəsinə də müraciət ediblər. Amma bunun heç bir nəticəsi olmayıb./ans/
1416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP