Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

1 milyon insan didərgin düşdü

İraq ordusunun Diyala vilayətində İŞİD-ə qarşı həyata keçirdiyi hava hücumlarında terrorçuların itki verdiyi bildirilib.

Diyala vilayətinin mərkəzində baş verən İraq ordusu ilə İŞİD qarşıdurmasında 5 nəfər terrorçu məhv edilib. Bu barədə Diyala vilayəti polis rəisi general Cəmil əş-Şəmri məlumat verib.

Başqa bir hücumu isə İŞİD silahlıları Diyalanın Əs-Sadiyə bölgəsinə ediblər. Onlar burada 7 nəfər dinc sakini qətlə yetiriblər.

Uzun müddətdir qarşıdurmalar davam edən İraqda bəzi şəhərlər artıq terrorçuların nəzarəti altındadır. Bir milyondan çox insan isə baş verən hadisələrdən canını qurtarmaq məqsədilə öz ev-eşiklərindən didərgin düşüb. Silahlı qrupların nəzarətindəki yerləri geri qaytarmaq istəyən İraq ordusu ilə İŞİD arasında tez-tez qarşıdurmalar baş verir./ans/
1159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:14