Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Miqrantlar Rusiyaya yalnız xarici pasportla buraxılacaq

Putindən yeni QAYDA: Miqrantlar Rusiyaya yalnız xarici pasportla buraxılacaq

“Xarici ölkə vətəndaşlarının Rusiyaya yalnız xarici pasportla daxil olması qaydasının tətbiqilə bağlı artıq danışılıb”. Modern.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin LDP-nin sədri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ilə Kremldə keçirdiyi görüşü zamanı bildirib.

V.Jirinovski təkbətək görüşdə miqrantlarla bağlı məsələni qaldırıb. O, bildirib ki, Rusiyaya gələn miqrantlar üçün kvota tətbiqinin təklif edir. Vitse-spiker miqrantlarla bağlı bütün məsuliyyəti iş verən sahibkarların üzərinə qoyulmasının vacibliyini vurğulayıb.
“Miqrantlara yalnız müəyyən edilmiş kvota daxilində iş verilməlidir. Kvota fərdi qaydada verilməlidir. Burada yerlər hər hansı firma vasitəsi ilə satılmamalıdr”. Jirinvoski vurğulayıb ki, ilk olaraq işə yalnız Rusiya vətəndaşları götürülməlidir.

V.Putin isə bildirib ki, əsas məsələ hamının qanuna riayət etməsidir: “Miqrantlar bizim qanunlara, ənənələrə, yaşadıqları regionun mədəniyyətinə sözsüz hörmət etməlidir. Bu, Rusiyanın qarşısında duran çox çətin məsələdir. Buna kompleks şəkildə yanaşmaq lazımdır”-deyə Putin vurğulayıb.
2435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
14.05.19, 12:05
Moskva və Vaşinqton...
13.05.19, 08:34
İrandan ABŞ-a sərt mesaj
Go to TOP