Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

Murad Ədilova verilən işgəncə Avropa məhkəməsində araşdırılacaq

AXCP fəalına qarşı daha bir qərəzli məhkəmə qərarı verildi

Bakı Apelyasiya Məhkəməsi AXCP fəalı Murad Ədilovun şikayətinə baxıb. Prosesdə hakim Qədim Babayev Nərimanov məhkəməsinin qərarından verilən şikayətə baxaraq onu təmin etməyib. Bu barədə Murad Ədilovun vəkili Yalçın Imanov “Azadlıq”ı məlumatlandırıb.

O bildirib ki, şikayətləri Murada saxlanarkən və Sabirabad polis şöbəsində olarkən verilən işgəncə faktlarının tanınması ilə bağlı olub.

Vəkil bildirib ki, Murada verilən işgəncə faktlarının araşdırılması respublika çərçivəsində başa çatdıb. Bu işlə bağlı artıq yaxın günlərdə Avropa Insan haqları məhkəməsinə şikayət göndəriləcək.

Murad saxlanılarkən öz iradəsi əleyhinə ifadə vermək üçün ona bir saata yaxın işgəncə verilib. O, döyülüb, təhqir edilib, ac və susuz saxlanılıb. Hələ işgəncə prosesində iştirak edən 7 nəfərdən ikisinin adı bəllidir. Onlar Sabirabad polis rəisinin müavini Əlifağa Kazımov və Sabirabad Polis Idarəsinin cinayət axtarış şöbəsinin rəisi Vüsal Şəbəndiyevdir.

Maraqlıdır ki, hər iki şəxs uzun müddətdir polis idarələrində işgəncə faktları ilə medianın diqqətindədilər. Kazımov Zaqatala və Masallıda işləyərkən ruhanilərə qarşı işgəncələri və şərləmələri ilə “məşhurlaşıb”, Şəbəndiyev isə “facebook” fəalı Bəxtiyar hacıyev Kəpəz rayonunda tutularkən ona qarşı zorakılıq edib.

Qeyd edək ki, Murad Ədilovun məhkəməsi qapalı keçirilsə də, partiyadaşları ona dəstək üçün Apelyasiya məhkəməsi önündə toplaşmışdılar./azadlıq/
1238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber