Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

Həsən Ruhani Vladimir Putinlə görüşüb

Şanxay Əməkdaşlıq Təşkilatının Tacikistanda keçirilən toplantısı çərçivəsində İran və Rusiya prezidentlərinin görüşü baş tutub

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tacikistanda keçirilən toplantısı çərçivəsində İran və Rusiya prezidentlərinin görüşü baş tutub. İnterAz-ın Fars agentliyinə istinadla verdiyi xəbərə görə, Rusiyanın Tacikistandakı səfirliyində baş tutan görüşdə tərəflər qarşılıqlı əlaqələr və onun genişləndirilməsi yollarını müzakirə ediblər.

Həsən Ruhani bu görüşdə İran və Rusiya əlaqələrinin strateji olduğunu deyib, inkişaf etməkdə və dərinləşməkdə olan münasibətlərdən məmnunluq duyduğunu qeyd edib.

İran və Rusiya prezidentləri bu görüşdə rəsmi Tehranın “Altılıq” ölkələri ilə apardığı nüvə danışıqlarının son vəziyyətini də müzakirə ediblər.
1260 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...