Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Məhəmməd Mursidən ŞOK açıqlama

Misirin devrilmiş prezidenti bildirib ki, hökuməti geri alacaq

FaktXəbər-in "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Misirin devrilmiş prezidenti Məhəmməd Mursi hazırda saxlanıldığı Burcul-Ərəb xəstəxanasında maraqlı açıqlama verib. Onu müayinə edən həkimlərlə danışığında Məhəmməd Mursi bildirib ki, hökumətin geri qaytarılması üçün hər kəs səy göstərməlidir və bu, bir gün baş verəcək.

Qeyd edək ki, Misirin sabiq dövlət başçısı həkimlərə daha sonra bunları deyib: "Ölkənin qanuni prezidenti mənəm. Əlimdən oğurlanan hökumətin geri qaytarılması üçün hər kəs səy göstərməlidir. İxvan heç vaxt zorakılıq etməyib və partlayışlarla əlaqəsi olmayıb. Biz heç kimi öldürməmişik. Daxili işlər naziri İbrahim və onun əmrindəkilər isə xalqı İxvandan soyutmaq və arasını vurmaq üçün bu yollara əl atıb. Bu cinayətlər rəhbərliyin devrilməsi üçün hazırlanan planın tərkib hissəsi olub. Lakin biz keçmiş günlərdə olduğu kimi bir gün geri qayıdacağıq."
2270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi