Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

Öldürülən İŞİD terrorçularının telefonlarındakı şəkillər yayımlanıb

İraqın əl-Ənbar əyalətində öldürülən silahlıların mobil telefonlarındakı fotolar yayımlanıb.

"əl-Ərəbiyyə"nin verdiyi xəbərə görə, görüntülənən fotolar “İslam Dövləti” (İŞİD) terror təşkilatının əsasən Rusiya daxil olmaqla, Qafqaz və Orta Asiyadan gələn silahlılarına aiddir.

Məlumata əsasən, İŞİD üzvlərinin mobil telefonları əl-Ənbarın əl-Həmzə qəbiləsinin silahlıları tərəfindən Hadisə rayonu uğrunda gedən döyüş zamanı götürülüb.

Mənbə, həmçinin mobil telefonlardakı bir çox səs yazıları və videogörüntülər yayımlayıb ki, onların çoxu rusdilli silahlılara aiddir./SalamNews/






1208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56